“İşlərini bəri başdan görürlər”
"Yaxşıdır ki, ermənilər işlərini bəribaşdan görürlər"
Qondarma
"Dağlıq Qarabağ Respublikasının şəhərsalma naziri” Karen Şahramanyan
işğal altındakı keçmiş Ağdərə rayonunun ərazisindən Ağdama yol
çəkəcəklərini bildirib. Yerli mənbələr yolun hərbi məqsədlə salındığını
qeyd edirlər.
Qarabağlı deputat Aqil Abbas bunu müsbət qiymətlənidirdiyini deyir:
"Ermənilər yol çəkir, təmir edir, qoy etsinlər. Onsuz da bizə qalacaq. Gec-tez biz öz torpaqlarımıza gedəcəyik”.
Deputat bildirir ki, müharibə vaxtı hər yer dağıdılmışdı, indi isə düzəldirlər:
"Əslində
bu, biz torpaqlara qayıtdıqdan sonra görəcəyimiz işləri azaltmağa
xidmət edir. Qarabağ geri qaytarılandan sonra Azərbaycan vətəndaşlığını
qəbul edən ermənilər də orada yaşayacaq. Onsuz da dağıtdıqlarını
özlərinə tikdirəcəyik, çünki, onlar yaxşı ustadırlar. Müsbət haldır ki,
işlərini bəri başdan görürlər”.
modern.az