İsraildən skandal qərar: Qüdsdə azan qadağan edilir

İsraildən skandal qərar: Qüdsdə azan qadağan edilir

Qüdsdə ABŞ səfirliyinin açılışı ilə bağlı keçiriləcək mərasimlərdən dolayı şəhərdə azan verilməsi qadağan ediləcək.

Axar.az xəbər verir ki, İsrail hüquq-mühafizə orqanları eyni zamanda təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirəcək.

Bildirilib ki, mərasimin keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınacaq, hündür ərazilərdə snayperlər yerləşdiriləcək və məkan helikopterlərdən daim nəzarətdə olacaq.

Qeyd edək ki, Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi mayın 14-də baş tutacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az