“İSRAİLİN SAHİBLƏRİ ARTIQ...” – Hakan Fidandan sərt açıqlamalar + VİDEO

“İSRAİLİN SAHİBLƏRİ ARTIQ...” – Hakan Fidandan sərt açıqlamalar + VİDEO
Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.

"AzPolitika” xəbər verir ki, Hakan Fidan HƏMAS liderinin Tehranda ölüdürülməsindən danışıb və İsraili sərt şəkildə tənqid edib.

H. Fidan İsrailin bu hücumlarını "böyük təhlükə” adlandırıb: "Netanyahu sülh istəmir. İsmayıl Haniyənin öldürülməsi də bunun göstəricisidir. İsrail atəşkəsin əsas müzakirəçisini öldürdü.İsrailin hücumları böyük təhlükədir. Biriləri Netanyahuya "dur” deməzsə, bütün dünya bunun əvəzini ağır ödəyəcək. Qərb üç meymun rolunu oynayır. Netanyahunun yeri konqres deyil, müttəhimlik kürsüsüdür”.

"İsrailin sahibləri artıq onun xaltasını əllərinə almalı, sahib çıxmalıdırlar. Regionumuz İsrailin növbəti təxribatlarına dözmək iqtidarında deyil. ABŞ-nin İsrailin etdiyi hər pisliyi ört-basdır etməyə çalışması qəbuledilməzdir. Qərb bu coğrafiyada bütün mənəvi üstünlüyünü itirib”,- deyə H. Fidan bildirib.


 

 


 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az