İstanbulda “Gözüyaşlı Xocalım“

İstanbulda “Gözüyaşlı Xocalım“

İstanbulun Milli Saraylar Muzeyində Xocalı facəsinin 23 cü il dönümü ilə baglı "Gözüyaşlı Xocalım" adlı anım sərgisi təşkil olunub.

Sərginin açılışında dünyaca məşhur italyalı tenor Alessandro Safina da çıxış edib.

Xocalı faciəsinin 23 cü il dönümü ilə əlaqədər İstanbulda keçirilən "Gözüyaşlı Xocalım" adlı anım sərgisində Türkiyə və Azərbaycadan olan siyasətçilər, mədəniyyət xadimləri iştirak ediblər. Sərgidə YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə Azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə eləcədə əfqan rəssam Reza Hazarenin əsərləri sərgilənib. Tədbirdə çıxış edən Türkiyənin tanınmış jurnalisti Güneri Cıvaoğlu Xocalı soyqırımının dəhşətlərindən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrindən danışıb. Bildirib ki, Xocalı faciəsinin 23 cü il dönümü ilə bağlı keçirilən bu tədbirin əsas məqsədi Xocalı faciəsini dünya ictimayyətinə çatdırmaq və soyqırım kimi tanıdılması üçün göstərilən xidmətlərə dəstək verməkdir. Deyib ki, 1988 ci ildən başlamış Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən müthiş faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən sayılan Xocalıda baş vermış soyqırım olub.

Xocalı faciəsini 20 ci əsrin ən dəhşətli və ən qəddarcasına törədilən faciələrdən biri olduğunu qeyd edən Güneri Cıvaoğlu dünya ictimayyətinin bu soyqırıma səsiz qalmayacağına və bütün dünya dövlətləri tərəfindən soyqırım aktı kimi tanılacağına əmin olduğun bildirib. Sonra şəhidlərin ruhuna ehtiram əlaməti olaraq tədbir bədii hissə ilə davam etdirilib. Anım sərgisində iştirak edən İtaliyanın dünya şöhrətli opera müğənnisi, tenor Alessandro Safinanın ifasında məhşur mahnıları dinlənilib. Dünyaca məşhur italyalı tenor Alessandro Safina həmyerlimiz Dilarə Kazımova ilə birlikdə “Sarı gəlin” mahnısını ifa edib. Tədbirin sonunda Pianoçu Məryəm Əzizlinın müşayəti ilə Dilarə Kazımova “Laçın” mahnısını səsləndirib.

Sərgi fevralın 28-nə qədər davam edəcək.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az