İstanbulda iki rus kəşfiyyatçısı tutulub

İstanbulda iki rus kəşfiyyatçısı tutulub
Miq.az xəbər verir ki, bu barədə informasiyanı "Hürriyyət” qəzeti yayıb. Hər iki şəxs çeçen aktivist Əbdülvahid Edelgiryevin ölümündə günahlandırılır.
 
Saxlanılan şəxslər 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnovdur. Onlar hüquq mühafizə orqanlarına ifadə verməkdən imtina ediblər.
 
Qeyd edək ki, Edelgiryev keçən il noyabrın 1-də İstanbuldakı evi yaxınlığında öldürülüb. O, çeçen lideri Mövladi Uduqovun qohumu və məşhur çeçen saytı "Kavkaz çentr”in administratoru idi. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az