İstanbulda terror aktında ölən qızın meyiti Azərbaycana gətiriləcək

İstanbulda terror aktında ölən qızın meyiti Azərbaycana gətiriləcək
Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina” klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.

Miq.az  Report-a istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.

Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az