İstiqrazlar bazarı 37 dəfə böyüyüb

İstiqrazlar bazarı 37 dəfə böyüyüb

Bu 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,47 dəfə və yaxud 3 milyard 568 milyon manat çoxdur

2014-cü ilin yanvar-may ayları Bakı Fond Birjasıda (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 996 milyon manat təşkil edib. Vətəninfo.az Fins.az-a istinadən xəbər verir ki, bu 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,47 dəfə və yaxud 3 milyard 568 milyon manat çoxdur. Hesabat dövründə bağlanmış əqdlərin sayı isə ötən ilin ilk 5 ayına nisbətdə 28,6% artaraq 2681-ə çatıb.


Dövlət qiymətli kağızları (DQK) bazarında 80% artım qeydə alındığı halda, korporativ qiymətli kağızlar (KQK) bazarında 10,2 dəfə artım baş verib. Belə ki, yanvar-may ayları ərzində hərraca çıxarılmış DQK-nın həcmi 2 milyard 207 milyon manatdan 3 miyard 958 milyon manata, KQK-nın həcmi isə 220 milyon 809 min manatdan 2 milyard 37,5 milyon manata qalxıb.


DKQ üzrə ən çox artım Mərkəzi Bankın təkrar bazara çıxarılmış notlarında qeydə alınıb – 7,7 dəfə. Bu sahədə dövriyyənin həcmi 44 milyon manatdan 293 milyon manata qədər artıb.


KQK üzrə ən çox artım isə ilkin korporativ istiqrazlar bazarında olub – 37 dəfə. Hesabat dövründə hərraca ilk dəfə çıxarılmış istiqrazların ümumi dəyəri ötən ilin eyni dövründəki 26,8 milyon manatdan 986,3 milyon manata qədər artıb. İlkin səhm bazarı isə 6 dəfəyə yaxın artaraq 719,2 milyon manata çatıb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:

Bazarın seqmentləri

2014 (31.05.14)

2013 (31.05.13)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) –  (yerləşdirmə)

44 097 097.20

15

28 538 243.24

17

2,5 dəfə

Dİ (AR MN) –
(təkrar bazar)

10 725 700.90

8

8 933 627.52

3

2,2 dəfə

Notlar (AR MB) – (yerləşdirmə)

99 923 373.40

33

164 947 425.88

63

60.58%

Notlar (AR MB) –
(təkrar bazar)

292 815 909.11

21

43 955 612.02

4

7,7 dəfə

Repo əməliyyatları

3 511 240 467.51

285

1 960 852 780.61

176

2,8 dəfə

DQK bazarı cəmi

3 958 802 548.12

362

2 207 227 689

263

2,8 dəfə

Korporativ istiqrazlar – (yerləşdirmə)

986 303 740.00

42

26 812 001.00

36

37 dəfə

Korporativ istiqrazlar – (təkrar bazar)

330 196 441.32

114

42 733 224.71

56

8,7 dəfə

Səhmlər – (yerləşdirmə)

719 201 022.60

533

147 670 667.10

157

5,9 dəfə

Səhmlər – (təkrar bazar)

1 749 295.03

1 630

3 593 042.79

1 573

48.69%

KQK bazarı cəmi

2 037 450 498.95

2 319

220 808 935.60

1 822

10,2 dəfə

5 996 253 047.07

2 681

2 428 036 624.87

2 085

2,47 dəfə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az