Millət vəkili : “Dağlıq Qarabağ məsələsi yalnız Azərbaycanın tərkib hissəsində müzakirə oluna bilər”
“Hələ 2010-cu ilin fevralında İtaliya Senatının “Cənubi Qafqazda vəziyyət”lə bağlı qəbul etdiyi qətnamənin müzakirəsində Ermənistan-Azərbaycan problemi də gündəmə gətirildi və geniş müzakirələrə səbəb oldu. O zaman Azərbaycanın ədalətli mövqeyi dəstəkləndi, ayrı-ayrı beynəlxalq qurumların Azərbaycanin ərazi bütövlüyünün toxunulmaz olması ilə bağlı qəbul etdikləri sənədlərin qərarlarının həyata keçirilməsi tələb edildi”. Bunu hakim partiyanın saytına müsahibəsində millət vəkili, Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası Dostluq Qrupunun üzvü Azər Kərimli dilə gətirib. Onun dediyinə görə, həmin müzakirələr zamanı Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacib sayılıb.Millət vəkili qeyd edib ki, 2010-ci ilin dekabrında isə eyni məzmunlu sənədi İtaliya parlamentinin xarici əlaqələr komitəsi də qəbul edib.
A.Kərimlinin bildirdiyinə görə, hazırda bu istiqamətdə səylər davam etdirilir:
“Bu ilin martındaYeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İtaliyaya səfər etmişdik. Orada xeyli vacib görüşlər keçirdik. İtaliyanın keçmiş baş naziri, PDL Partiyasının rəhbəri cənab Silvio Berluskoni ilə görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyasının gələcək əlaqələri geniş müzakirə edildi. Bu görüşdə Xocalı soyqırımı ilə bağlı da müzakirlər apardıq və İtaliya Parlamentinin PDL partiyasından olan üzvü, İtaliya-Azərbaycan parlamentlərarası İşçi Qrupunun ən aktiv üzvlərindən olan cənab Maurizio del Tenno Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsini parlamentə təqdim etmək qərarına gəldi.
Qeyd etmək istərdim,ki bu sənədə İtaliya Parlamentində olan əsas siyasi partiyaların nümayəndələri imza atıblar. Azərbaycanın yaxın dostu, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədr müavini cənab Provera Fiorello da bu qətnamənin müxtəlif siyasi partiyalar tərəfindən dəstəklənməsi istiqamətində çox mühüm islər görmüşdür.Yaxın zamanda bu layihə müzakirəyə çıxarılacaq”.
KAMİL