İzmirdə “21 Azeri” paneli .

İzmirdə “21 Azeri” paneli .

Beynəlxalq Güney Azərbaycan Türkləri  Konseyi  8 dekabrda İzmirdə “Güney Azərbaycan Hökümətinin qurulması və yıxılması” adlı panel keçirdi. Paneli keçirməkdə məqsəd 1945-1946-cı illərdə Güney Azərbaycan (İndiki İran)  oyanış hərəkatının baş vermə və süqutu səbəblərini araşdırmaq, o cümlədən hazırda adı çəkilən bölgədə baş verən olaylara diqqət çəkmək idi.
 
12 dekabr 1945-ci ildə qurulan Güney  Azərbaycan Cumhuriyyətinin qurulması və yıxılması mövzusunda çıxışcılar Güney Azərbaycanlı milli fəallar şairə-yazar Şərifə Cəfəri və Elçin Hatəmiydi.
Panelin açılışında çıxış edən Beynəlxalq Güney Azərbaycan Konseyi başqanı Camal Məmmədxanoğlu güneydəki soydaşlarımızın  1945-ci ildə öz dövlətlərini qurduqlarını, ömrünün bir il olduğunu, bu cumhuriyyətin qorunub saxlanması üçün minlərlə can verildiyini xatırlatdı. Və bu gün həmin ideyanın yenidən həyata keçirilməsi üçün, dahada geniş miqyasda mübarizə aparıldığını söylədi.
Panelin çıxışcılarndan biri olan Elçin Hatəmidə 1945-46-cı illərdə baş verən olaylardan danışaraq, dünyanın bu məsəslədə tutduğu ikili standartdan və cumhuriyyətin yıxılmasında rol olynayan əsas amillərdən danışdı.
Şərifə Cəfəri isə, İran adlanan dövlətdən yeni gəldiyini, orda bu gündə Azərbaycan türklərinə qarşı ögey, hətda düşmən münasibət olduğunu öz gözləriylə görməklə yanaşı, bir başa bunu yaşadığını faktlarla ortaya qoydu.
 


Çıxışcıların məlumatlandırılmasından sonra, panelə qatılanlar sual və cavab bölümündə iştirak etdilər. 2 sata yaxın keçən açıq düskusiyalarda zaman zaman çox maraqlı dartışmalarda oldu. 
 Xatırladaq ki, ilki İzmirdə keçirilən panelin, ikincisi dünən Ankarada keçirilib. Üçüncü panel isə dekabrın 16-da İstanbulda keçiriləcək.Onuda qeyd edək ki, bu tədbir 21 Azərilə bağlı İzmirdə keçirilən ikinci paneldir. Belə ki, keçən il Camal Məmədxanoğlunun təşəbüsüylə ilk dəfə izmirdə 21 Azər günü qeyd edilib. Güney azərbaycan cumhuriyyətinin banisi Pişəvərinin həyat yolu barədəd tədbir iştirakçıları məlumatlandırılıb.



Onuda qeyd edək ki, 28 dekabrda izmirdə Güneydən olan soydaşlarımıza dəstək amacıyla “Təbriz gecələri” adlı bədi, publistik toplantı keciriləcək.  

"Vətəninfo.az"-ın İzmir təmsilçisi

Selcan Abdullayeva 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az