“JEK”-lərin ləğvi prossesi sürətlənir

“JEK”-lərin ləğvi prossesi sürətlənir

Çoxmənzilli binaların idarəolunması üçün yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Bu barədə saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Mənzil Məcəlləsində "JEK”-lərin (Mənzil-istismar idarələrinin) ləğv olunması nəzərdə tutulub. Çoxmərtəbəli binalar yeni yaradılan cəmiyyətlər tərəfindən idarə olunacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az