Vətəninfo.az xəbər verir ki, “Jurnalistlər Ekstremal Şəraitində” İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Müxtəlif dini qrupların cəmiyyətə intiqrasiyasında mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili ” adlı layihəsini həyata keçirir. Layihə müasir dövrdə müxtəlif milli- mədəni və dini qrupların cəmiyyətə inteqrasiyasından bəhs edir. Dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılması yollarını axtarır. Birliyin bu layihəni həyata keçirməsində məqsədi ayrı-ayrı dini qrupların cəmiyyətə inteqrasiya oluna bilmələrinə yardım etmək, onlarda formalaşmış səhv dini təsəvvürləri az da olsa aradan qaldırmaqdır. “Jurnalistlər Ekstremal Şəraitində” İctimai Birliyin sədri Füruzə Əsədullayeva bununla bağlı bildirib ki, layihə 6 aylıqdır. Bakı şəhəri, Balakən və Masallı rayonlarında keçiriləcək. Dəirmi masalara media mənsubları, müxtəlif dini qrup nümayəndələri, ictimaiyyət nümayəndələri dəvət ediləcək. Eyni zamanda Hüquq-Mühafizə, MIlli təhlükəsizlik orqanlarının və tədbirlərin keçirildiyi şəhərlərin icra hakimiyyətinin nümayəndələri də dəvətli olacaq .

“Tədbirlər dəyirmi masa formatında Din daxili müxtəliflik və dini vəhdət, Dini icmalar cəmiyyətin tərkib hissəsi kimi, Tolerantlıq - dini vəhdətin əsas formulu, Din adı altında radikalizm cahilliyin göstəricisi mövzuları üzrə keçiriləcək. Layihənin sonunda Bakı şəhərində yekun mətbuat kofransının keçiriləcək. Layihə çərçivəsində keçirilmiş dəyirmi masalardakı , fəaliyyətin nəticələrinə dair media vasitəsilə ictimaiyyət məlumatlandırılacaq. İnternet TV-lərin birində bağlanacaq müqavilə əsasında keçiriləcək tədbirlərlə paralel olaraq 4 ay ərzində müzakirələr aparılacaq. Müzakirələrə hər dəfə fərqli dini icmaların nümayəndələri dəvət olunacaq. İnternet TV-də təşkil ediləcək bu tədbirlər ekspertlərin cəmiyyətin fərqli dini baxışları olan insanlarla aparacaqları müzakirələr faydalı nəticələr əldə etməyə hesablanıb”.
Elə bu bu gün “Jurnalistlər Ekstremal Şəraitində” İctimai Birliyinin layihə çərçivəsində Qafqaz univüersitetində keçirdiyimiz tədbir 1-ci tədbiridi.
Tədbirdə Məşədi Dadaş Məscidinin Dini İcmasının rəhbəri, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin, Cümə Məscidinin sədr müavini Hacı Elşən, , dini icma nümayəndələri, Qafqaz Universitetinin müəllim və tələbələri, jurnalistlər və s . iştirak edirdilər. Tədbirdə ilkin olaraq “Jurnalistlər Ekstremal Şəraitində” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva çıxış edib. Bundan sonra idə təşkilatın İdarə Heyyətinin üzvü Tofiq Dadaşov ( Tofiq Türkel) Hacı Şahin, Hacı Elşən , Qafqaz Universitetinin Təhəlükə sirlik və Enerji Tədqiqatları Mərkəzinin müdiri Ceyhun Mahmudlu və müxtəlif dini qrupların cəmiyyətə intiqrasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqmətində fikirlərini bölüşüblər.
Tədbirdə çıxışlar ətrafında müzakirələr keçirilib və təkliflər verilib.
Vətəninfo.az