Kafelər bağlanacaq, SMS-icazə olacaq… - Həkim

Kafelər bağlanacaq, SMS-icazə olacaq… - Həkim

Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin.

Miq.Az xəbər verir ki, bunu ARB-24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar:

"Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək".

Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək:

'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az