Köçəryan Paşinyanın sözünə cavab olaraq foto yaydı

Köçəryan Paşinyanın sözünə cavab olaraq foto yaydı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Nikol Paşinyanın onun hərbi xidmətini Müdafiə Nazirliyində keçməsinə dair iddialarını təkzib edib.

Bu barədə Sputnik Armeniya yazıb.

"Bu gün mənim barəmdə növbəti yalanı eşitdim. Təəccüblənmədim, çünki hamıya məlum olan gündəlik qəzetin (Paşinyanın "Aykakan Jamanak” qəzeti) illərdir belə fəaliyyəti davam edir. Bunun nümunələri çoxdur”, - Köçəryan Feysbuk hesabında yazıb. O, oğlunun hərbi xidmətdə çəkilən fotolarını da paylaşıb.

Qeyd edək ki, Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın oğullarının hərbi xidmət keçmədiyini, onlardan birinin Müdafiə Nazirliyinə tabe birləşmələrdə adı keçsə də, bircə gün də kazarmada qalmadığını, digərinin isə sürücü kimi xidmət keçdiyini bildirmişdi./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az