Köçəryanın azadlığa çıxması üçün 4,1 mln. dolları ödəyən sahibkarların adları bəlli oldu....

Köçəryanın azadlığa çıxması üçün  4,1 mln. dolları ödəyən sahibkarların adları bəlli oldu....
Aralarında tanınmış rus iş adamı da var...

Xəbər verdiyimiz kimi, Ermənistan Apelyasiya Məhkəməsinin 2 milyard dram(4,1 milyon ABŞ dolları) müqabilində azadlığa –zaminə buraxılması barədə qərarına uyğun olaraq dünən - iyunun 19-da   həmin məbləğdə girov ödənildikdən sonra işğalçı ölkənin terrorçu eks-prezidenti Robert Köçəryan sərbəst buraxılıb.

Moderator.az erməni mənbələrindən  bəhs edilən girov məbləğini ödəməkdə Köçəryan ailəsinə yardım etmiş iş adamlarının siyahısını əldə edib. Onların arasında rus da var.

Siyahını təqdim edirik:

-Samvel Karapetyan - Rusiyada qeydiyyatda olan, fəaliyyət göstərən  və Qarabağın  məskunlaşmasına fəal dəstək verən "Taşir” şirkətlər qrupunun rəhbəri.

- Sergey Ambarsumyan  - "Monarx” şirkətlər qrupunun sahibi.

- Vladimir Yevtuşenkov -  R.Köçəryanın  da müstəqil direktor qismində İdarə Heyətinin üzvü olduğu Rusiyanın  məşhur "AFK Sistema” şirkətinin  əsas sahibi.

- Gennadi Stepanyan  - Rusiya iş adamı və xeyriyyəçi.

Xatırladaq ki, R.Köçəryanın yaxın əlaqələri olan Rusiya prezidenti V.Putin onun azadlığa buraxılması üçün çox səy göstərirdi.  Və çox güman ki, girov məbləğinin ödətdirilməsində də bu dostluğun  böyük rolu olub...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az