Keçmiş işçisi Ramiz Mehdiyevi məhkəməyə verdi

Keçmiş işçisi Ramiz Mehdiyevi məhkəməyə verdi
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.

Unikal.org-un məlumatına görə, buna səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Ə.Quliyevin bülletendə olduğu müddətdə onun R.Mehdiyev tərəfindən işdən çıxarılması olub.

Onun yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub.

Bundan sonra Ə.Quliyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az