Keçmiş MTN generalının həbs müddəti uzadıldı

Keçmiş MTN generalının həbs müddəti uzadıldı
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Məlumata görə, Səbail rayon məhkəməsinin qərarı ilə E.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Xatırladaq ki, E.Quliyev ötən il dekabrın 25-də saxlanılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Generalın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti aprelin 25-də başa çatırdı.  /Trend/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az