Kəlbəcərdə eskavatorun üzərinə qaya parçası düşdü: Ölən var - RƏSMİ

Kəlbəcərdə eskavatorun üzərinə qaya parçası düşdü: Ölən var - RƏSMİ

Kəlbəcərdə bədbəxt hadisə ölümlə nəticələnib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Miq.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az