Kənd Təsərrüfatı Nazirliyinin SƏLAHİYYƏTİ AZALDILDI

Kənd Təsərrüfatı Nazirliyinin SƏLAHİYYƏTİ AZALDILDI

Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılır.
1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;
1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;
1.4. 3.2.4-cü yarımbənddə "Cəmiyyətin” sözündən sonra "İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilsin;
1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;
1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;
5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;
1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:
"6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az