Kərimov qeyri-rəsmi arvadını küçənin ortasında döydü - Video

Kərimov qeyri-rəsmi arvadını küçənin ortasında döydü - Video

Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Mariya Syaçinanı döyməsinin görüntüləri yayılıb.

A24.az xəbər verir ki, görüntülər "Rossiya 1” telekanalında, Andrey Malaxovun aparıcısı olduğu "Pryamoy efir”də nümayiş etdirilib. Hadisə ötən ilin fevralında baş versə də, görüntülər bir neçə gün əvvəl ortaya çıxıb. Ailəli olmasına baxmayaraq, Mariya ilə qeyri-rəsmi nikahda yaşayan Kərimov onu sahibi olduğu restoranına qarşısında qəfildən təpikləməyə və üzünə ağır zərbələr endirməyə başlayıb. Verilişə gələn qadın baş verənlərdən sonra polisə şikayət etmədiyini, hətta onu bağışladığını bildirib. Yeni sevgilisi ilə verilişə gələn qadın Kərimov tərəfindən dəfələrlə döyüldüyünü, hazırda da həyatı üçün təhlükənin olduğunu vurğulayıb.

Onun sevgilisi də Kərimovun onun üçün də təhlükə olduğunu vurğulayıb.

Qeyd edək ki, Ziyafət Kərimovun milliyətcə azərbaycanlı olduğu iddia olunur.
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az