Keyfiyyətsiz eynəklərin satışı qanunla qadağan oluna bilər-Deputat

Keyfiyyətsiz eynəklərin satışı qanunla qadağan oluna bilər-Deputat

Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər. 

Miq.Az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq.

M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq:

"Layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq”.

Deputat vurğulayıb ki, qanun layihəsi qəbul olunarsa, küçələrdə eynək satışına icazə verilməyəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az