Vətəninfo.az xəbər verir ki, köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, artıq Bakı Metropolitenindəki köhnə vaqonların tam yenidən qurulmasına başlanılıb: "Bakı Metropoliteninin vaqon parkında 266 vaqon var. Hər bir vaqonun istismar müddəti olur. Bizdə istismar müddətini başa vurmuş vaqonlar yoxdur. Amma onlar mütəmadi olaraq cari və əsaslı təmirdən keçməlidir. Bu il hər birində 5 vaqon olmaqla 3 qatar tam modernizasiya olunub. Onlardan biri artıq sınaq yürüşündədir. Bir neçə gündən sonra tam istifadəyə veriləcək".
N.Paşayev qeyd edib ki, vaqonlar Rusiya vaqon təmiri zavodlarından birinin Tbilisidəki filialına göndərilir. Orada isə vaqonlar demək olar ki, tam yenilənir: "Orada köhnə vaqonların yalnız korpusu qalır, qalan bütün hissələri dəyişdirilərək tamamilə yenidən qurulur. Vaqonlar ən xırda detalınadək yenilənir. Kabellər, şuruplar, idarəetmə pultu, maşinist lövhəsi, lampalar, oturacaqlar, şüşələrinə qədər hər şey dəyişdirilir. Yəni demək olar ki, artıq tam yeni vaqon olur".
Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi