Kimin sözü var buyurub danışsın

Kimin sözü var buyurub danışsın

Amma kişi kimi başqasını ortaya atmadan

Artıq bir neçə gündür ki, ölkə mətbuatının əsas xəbərinə çevrilən millət vəkili Gülər Əmədova ilə bağlı xəbərlər səngimək bilmir. Bu xəbərlər içərisində Elşad Abdullayev, Gülər Əhmədova və yayımlanan video görüntüdəki üçüncü şəxs Sevinc Babayeva ilə bağlı xəbərlər isə cəmiyyətdə ciddi şəkildə rezonans doğurdu. "Vətəninfo.az" olaraq redaksiyamıza Sevinc Babayevanın həbs olunması ilə bağlı xəbər daxil olan zaman, onun harada və necə həbs edildiyini də bildirdilər.Həmin məlumatda deyilirdi ki, Sevinc Babayeva "Gündəlik Bakı"qəzetinin redaksiyasında baş redaktor Habil Vəliyevin otağında həbs olunub. Biz  bu məlumatı verən zaman burada istər adı çəkilən qəzetin və ya onun baş redaktorunu hədəf almadığımızı məlumatın verilmə şəklində də göstərmişik.Amma artıq bir neçə gündür ki, adı çəkilən qəzetdə "Vətəninfo.az"a qarşı hədə dolu məlumatlar dərc olunmaqdadır. Bu məlumatlarla bağlı "Vətəninfo.az" xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, adı çəkilən mətbuat orqanı ilə bu və ya digər şəkildə hər hansı bir problemi yoxdur. Sadəcə olaraq adı hallanan mətbuat orqanı və onun rəhbəri "Vətəninfo.az" xəbər portalında Şəmsiyyə Bəylərqızı ilə bağlı dərc olunan iki yazıdan sonra bu şəkildə aqressivləşib.

"Açığını deyim mənim də evdə Qarabağda döyüşdüyüm zaman əynimə geyindiyim o müqəddəs ordu libasım var və geyinib  şəkil çəkdirib saytda bu yazılanlara münasibət bildirə bilərəm. Mən konfiliktə gedən biri deyiləm, xüsusən də mətbuat təmsilçiləri ilə. Amma kimsə də mənim bu humanist görüşümdən yola çıxaraq üstümə gəlirsə, ozaman dayanmaram, əzərəm. Bunu belə bilib, belə eşitsinlər.  Habil Vəliyev bilir ki, mən kiməm. Ona görə də ehtiyac görmürəm sandığı açıb pambığı tökməyə. Biz iki yazı verdik. Sən də buyur münasibətini bildir. Yox bildirmirsənsə, kimlərəsə yaranmaq üçün bunu edirsənsə et . Məndən yaz. Nə bilirsən onu yaz. Amma əlində qəzet var deyə  bir il 8 aydır ailəsini dağıtmağa çalışdığın insanlara vəziyyətdən istifadə edib şər atırsansa,  deməli  artıq kimə və nəyə xidmət etdiyin ortadadır. Habil deyir ki, güya kimsə mənə nəsə görüm-baxım edib. Habil Vəliyev bu məsələdə ən son danışacaq biridir və buna görə də cavabım bu qədərdir. Kişiyana mənimlə mübarizə aparırsansa, qadınları ortaya atma mərd ol-mərdanə ol. De ki, budur-budur vəssalam. Amma sən əyninə o müqəddəs əsgər paltarını geyinib müqəddəsliyə ləkə gətirirsənsə, o zaman o libası çıxar sonra danış.".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az