Kimlər övladını millət vəkili etmək istəyir?

Kimlər övladını millət vəkili etmək istəyir?

Azərbaycan yeni bir siyasi oyunların başlamasına hamilədi. Bu siyasi oyunlar əsasən qarşıdakı prezident seçkiləri və növbədənkənar parlament seçkiləri ilə başlayacaq.Artıq indidən həm hakim Yeni Azərbaycan Partiyası içərisində baş verəcək siyasi oyunlara. eyni zamanda da müxalifət düşərgəsində hazırlıqlara start verilib. YAP və müxalif düşərgələrin bir-biri ilə kavğasından isə daha çox olqraxlar nəticə əldə etmiş kimi görünürlər.Yəni ölkənin ciddi şəkildə imkanlarından istifadə edərək milyonlarla ölçülən sərvətə sahib nazirlər-komitə sədrləri və müəyyən klanlar fürsəti əldən verməmək üçün hazır şəkildə gözləməkdədirlər. Klanların keçiriləcək preziden seçkisində məcburən hakim partiyanın namizədini dəstəkləməsini diqqətə alsaq. əsasən mübarizənin növbədənkənar parlament seçkiləri istiqamətində gedəcəyinə şübhə yoxdu.

Bəs kimlər parlamentə can atır?

Bu gün parlamentdə bir çox nazir və komitə sədrinin qardaşının-oğlunun. dayısının, əmisinin, yezinəsinin,bacanağının və s-nin təmsil olunduğunu diqqətə alsaq, o zaman seçki dövründə bu hazır pirokdan çoxlarının yararlanmaq üçün mübarizəyə başlayacağının şahidi olacağıq. Eyni zamanda o da bəllidir ki, bu gün parlamentdə təmsil olunan bir çoxları. yaşlanmış namizədlərini gəncləri ilə də əvəz etməyə hazırlaşacaqlar.  Misal üçün Taleh Heydərovun parlamentin yeni simalarından olması ehtimalı böyükdür və cənab Taleh Heydərovun istər ölkə daxilində. istərsə də ölkədən kənarda yaşayan azərbaycanlılar arasındakı nüfuzunu diqqətə alsaq belə bir intelektual bilik və bacarığa sahib gəncin parlamentdə təmsil olunması normal qarşılanmalıdır. T.Heydərovun digər bir üstün cəhəti isə. onun sözün həqiqi mənasında vətənpərvər olmasıdır. xatırlayırsınızsa bir müddət öncə  məmurlarımızdan birinin İngiltərədə təhsil alan qızının erməni gənclə oturub durmasının qarşısının alınmasında cənab Heydərovun ciddi təpkilər göstərdiyi yazılmaqda idi və onun təyziqi ilə həmin məmurun qızını Londondan Azərbaycana gətirlidiyi qeyd edilirdi. Ziya Məmmədov bu gün parlamentdə qardaşı Elton Məmmədov və yaxın adamı Cavid Qurbanov və digər şəxslərlə təmsil olunur. Cənab məmmədovun keçiriləcək seçkilərdə bu il qardaşını oğlu Anar Məmmədovla əvəz etməsi gözlənilir.Amma içtimai rəydə nazir oğlunun reytinqi bir qədər ürəkaçan olmadığından, Ziya Məmmədov onun raskurutkası üçün kifayyət qədər pullar xərcləməkdədir.Amma ci fayda "görünən kənddə nə bələtçi". Yəni məcburən cənab Məmmədov yenidən Elton Quliyevlə parlamentdə təmsilçiliyini sürdürməlidir.  Maraqlı məqamlardan biridə ondan ibarətdir ki, ölkənin hüquq-mühafizə orqanlarına rəhbərlik eləyən generallarda bu seçkidə parlamentdə yaxın adamların salmağa can atmalarıdır. Məlumatlara görə, müəyyən generallar artıq yaxın çevrələrində seçim turuna başlayıblar və indidən namizədlərini müəyyənləşdirməkdədirlər.  Daxili İşlər Naziri cənab Ramil Usubov  bu günə kimi daha çox prosesləri kənardan izləyib və parlamentə öx adamını salmağı bir o qədər məqbul hesab etməyib. Amma cənab nazir daha çox hakimiyyətdə təmsil olunan məmurların qohun-əqrabasın polis orqanlarında irəliyə çəkib ki, artıq bu məmurlar generala etiyi yaxşılıqları qaytarmalıdırlar. Yəni "qardaşınızı, bacınızın ərini, oğlunuzu, dayınızı. əminizi, havayı yerə bakının rayonlarına rəislər təyin etməmişəm.Buyurun bu gün etdiyim yaxşılıqlara yaxşılıqlarla cavab verib mənim adamımı müdafiə edib parlaman etməlisiniz"- deməyə haqqı var.  Bu gün Bakı Şəhərinin polis idarələrinə-bölmələrinə diqqət yetirsəniz görərsiniz ki, rəislər kimin qohum əqrabasıdır.Sabiq rəsmilər isə bir o qədər narahat görünmürlər və onların bu gün parlamentdə təmsilçilərinin yenidən seçilmə ehtimalları bir qədər yüksəkddir.Bununda səbəbi hazırda parlamentdə təmsil olunan sabiqlərin yaxınlarının seçicilərlə işin təşgilində müxtəlif layhələri həyata keçirmələridir. Onuda qeyd etmək lazımdır ki, hakim YAP-da bu millət vəkillərindən razıdır və onların fəaliyyəti hakim partiyanı qane edir. maraqlı məsələlərdən biri isə odur ki, hazırda parlamentdə təmsil olunan bəzi millət vəkilləri keçiriləcək seçkilərdə yenidən parlamentə düşməyəcəklər. Misal üçün təsadüf nəticəsində parlamentə ayaq basan Etibar Hüseynov yeni parlamentdə olmayacağı kimi, keçmiş komisar Əlağa Hüseynovda indidən yenidən parlamen sıralarında olmayacağını qara-qara düşünməyə başlayıb.  Müxalifət isə hələlik açıq desək preziden seçkilərinə bütün diqqətini yönəldib.  Müxalifətin konkret kimləri namizəd göstərəcəyi bir o qədər əhəmiyyətlidə deyil.Çün ki, yenə də elə bir dəyişiklik baş verməyəcək.

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az