Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTOFAKT

Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTOFAKT

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

Demokrat.az-ın məlumatına görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir. 

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az