"Kişi papağını yerə qoymasaydı, qadın soyunmazdı" - Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Tanınmış psixoloq Samirə Bağırova yenidən açıqlaması ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, o, müsahibəsində qadın-kişi münasibətlərinə toxunub.

Qadınların açıq-saçıq geyinməsinin səbəbini kişilər bağlayan Bağırova bunları deyib:

"Hər şeyi Qərbdən götürürük. Niki Minaj, Ceylo kimi ulduzların bədən quruluşuna baxırlar. Anlamırlar ki, onlar milyonlar qazanırlar. Həyatlarını reklam edirlər, ancaq kimsə onları saxlamır. Bir konsert qazancını istəsən belə əldə edə bilməzsən. Onlar isə bədənini həyatını səviyyəli şəkildə reklam edirlər.
Biz "Azad qadın" adı altında çarşabdan çıxmışıq, amma çox yalnış istiqamətdə... Kişilər deyir ki, qadınlar kobudlaşıb, əxlaqsız olub, çılpaqlaşıb. Deyirəm ki, kişi papağını yerə qoymasaydı, qadın soyunmazdı. Qadın kişinin güzgüsüdür, kişi qadının yox"(milli.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az