Kiyevdə şiddətli döyüşlər – Rus helikopterləri paytaxta daxil oldu

Kiyevdə şiddətli döyüşlər – Rus helikopterləri paytaxta daxil oldu

Çox sayda Rusiya zirehli texnikasının irəlilədiyi Kiyev vilayətinin Daymer və İvankov rayonlarında hava desant-hücum qoşunları döyüşür.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, düşmən Kropivnitski ərazisindəki bölmələrə havadan zərbələr endirib.

Vilkovodan yuxarı ərazilərdə və Tiraspolda rus işğalçılarının helikopterlərinin aktivliyi qeydə alınıb.

"Düşmənin çox sayda zirehli texnikasının irəlilədiyi Kiyev vilayətinin Daymer və İvankov rayonlarında hava desant-hücum qoşunları döyüşür və Teterov çayı yaxınlığında düşmən qüvvələrinin qarşısını alıb. Çayın üzərindən keçən körpü dağılıb”, - açıqlamada vurğulanıb.

Ukrayna müdafiə qüvvələrinin taktiki bölməsi dünən Rusiya hava-desant qoşunlarının ələ keçirdiyi Qostomel aerodromunu özündə saxlayır.

Ukrayna Hərbi Hava Qüvvələri Kiyev səmasını qoruyur. Belə ki, səhər saatlarında Ukraynanın hava hücumundan müdafiə sistemi iki dağıdıcı zərbənin paytaxta çatmasına imkan verməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az