Könül Nurullayeva yenə qəzəb yaratdı- FOTO

Könül Nurullayeva yenə qəzəb yaratdı- FOTO

Millət vəkili Könül Nurullayeva yenidən insanların qəzəbinə səbəb olan addım atıb.

Miq.Az xəbər verir ki, K.Nurullayevanın şəhid evinə ayaqqabılı girməsi sosial şəbəkələrdə ciddi etirazlar yaradıb. Yayılan fotodan görünür ki, evdəki digər şəxslər ayaqqabısızdır. Bu da millət vəkili haqqında kəskin tənqidlərin səsləndirilməsinə səbəb olub.

Bir neçə gün öncə K.Nurullayeva dövlətimizin mövqeyi ilə üst-üstə düşməyən açıqlamasına görə tənqid olunurdu.

O, Türkiyənin "TV Net" telekanalının "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə sualına cavab olaraq demişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil."

Bu açıqlamaya görə Milli Məclisin İntizam komissiyası K.Nurullayevaya töhmət vermişdi.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az