Kolumbiya Senatı Xocalı soyqırımını tanıdı

Kolumbiya Senatı Xocalı soyqırımını tanıdı

Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. “Vətəninfo”nun məlumatına görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib: "Kolumbiya Senatında qərar yekdilliklə qəbul olunub. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüskar siyasətin tarixi haqqında məlumat verilib. Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətarafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması barədə bildirilib". Onun sözlərinə görə, qərarda həmiçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulması barəsində məlumat verilib və qətiyyətlə pislənilib: "Bununla yanaşı önəmli bir fakt qərarda Xocalıda baş vermiş cinayətlər soyqırım kimi adlandırılıb. Bu o deməkdir ki, Latın Amerıkasında Meksikadan sonra növbəti bir ölkə Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırım kimi qiymətləndirib. Qərar senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib".Abdullayev bildirib ki, 102 senatın iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatıyasının Xocalı soyqırımının dünya tərəfindən hüquqi siyasi qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımıdır: "Biz bundan sonrada bu sahədə işləri davam etdurəcəyik. Bu istiqamət bizim üçün çox önəmlidir".

Əli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az