Komitə sədri: O evlərin kateqoriyasını dəyişmək üçün 6-7 nazirlikdən icazələr alınmalıdır

Komitə sədri: O evlərin kateqoriyasını dəyişmək üçün 6-7 nazirlikdən icazələr alınmalıdır
"Bəzi evlər qaz və elektrik xəttlərinin yaxınlığında tikilib, buna da görə də onların sənədləşdirilməsi mümkün deyil".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov komitənin iclasında səsləndirib.

O bildirib ki, bundan başqa, bəzi evlər bələdiyyə torpaqlarında tikilib ki, bunu da sənədləşdirmək çətin prosesdir:

"Nazirlər Kabinetinin torpağın kateqoriyası ilə bağlı qərarı var. Evlərin böyük hissəsi kənd təsərrüfatına aid olan torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Həmin vətəndaşlar bələdiyyələrə əmlak, torpaq vergisi verməlidirlər. Vermirlər və buna görə bədəliyyənin büdcəsinin formalaşmasında problemlər yaranır. O evlərin kateqoriyasını dəyişmək lazımdır. Bunun dəyişməsi ilə bağlı isə 6-7 nazirlikdən icazələr alınmalıdır. Bu, çox uzun prosesdir. Həmçinin evlərin böyük hissəsi neft sahəsindədir. SOCAR-a aid ərazilərdir. Gərək SOCAR xüsusi məktub verə və onun əsasında mənzillər özəlləşdirilsin. Həmçinin qaz və elektrik xəttlərinin altında, yaxınlığında, eyni zamanda, qatar yollarının ətrafında evlər tikilir. Hansı ki, bu qanunla qadağandır. Əmlak Məsələləri Dövlət Xidməti ilə bu məsələləri də müzakirə etmişik. Onlar da çətin durumdadır. Söhbət tək bir sənədin verilməsindən getmir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az