Koramal ilanın Prezident Administrasiyasında nə işi var?

Koramal ilanın Prezident Administrasiyasında nə işi var?

İlham Mustafayevlə bağlı maraqlı faktlar

Qazeta Analitik İnformasiya Mərkəzi məmurlar, hakimiyyətdə talançılıqla məşğul olan bəzi pərdəarxası “biznesmenlərlə” bağlı silsilə yazılarını daim mətbuatda işıqlandırıb. Lakin Prezident Aparatı ilə bağlı daxil olmuş bir faktın ipucundan başlasaq sonunda çox biabırçı fəaliyyətlərin izinə çıxarıq. Belə ki, Respublikamızda talançılıq işləri davam etdikcə rəhbər vəzifədə oturmuş məmur tayfası artıq dahada bu imkandan istifadə etməyə başlayır. Ötən saylarımızda Prezident Aparatının məsul işçisi Mustafayev İlham Tofiq oğlu barədə eləcə də onun himayəsində olmuş digər məmurlar haqqında qısa da olsa məlumat vermişdik. Hazırda isə bu tendesiyaya davam edərək İlham Mustafayevin xalqımızın başına açdığı oyunlar barədə, eləcə də onun MTN-Polis orqanlarına, məhkəmə və prokurorluq orqanlarına vəzifəsindən sui-istifadə edərək təzyiqlərini aşkarlayacağıq. 

İlk öncə bildirək ki, Mustafayev İlham Tofiq oğlu uzun müddətdir Prezident Aparatında çalışır və ətrafda özünü Prezident Aparatının hüquq-mühafizə orqanları üzrə şöbə rəisi Fuad Ələsgərovun yaxın qohumu kimi qələmə verir. Bizim araşdırmamız zamanı İ.Mustafayevin atasının və hətta qardaşının da Prezident Aparatı ilə əlaqəli işlərdə çalışması üzə çıxmışdır. Halbuki qanuna əsasən qohumluq daşıyan şəxslər bu çür vəzifələrdə çalışa bilməzlər. 

İ.Mustafayev genişzolaqlı bir mənimsəmə işlərinə rəhbərlik edir. Onun Nəsimi rayonunda ələ keçirdiyi mülklər barədə yenədə əlavə etmək olar ki, 2010-cu ildən başlayaraq sadə insanlara Fuad Ələsgərov faktoru işə salınır . Bakı şəhəri prokurorluğunda  Rizvan Sultanov, Nəsimi Rayon Polis İdarəsində Müşfiq İbadov, MTN-də Yusif və Emin Qəmərli qardaşları və daha kimlər və kimlər. Beləki, İlham Mustafayev əsasən köhnətikili mülklərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə mütəmadi əlaqə saxlayır və köhnətikili binaların zirzəmilərini birucdan öz mülkiyyətinə çevirir. Baxın Nəsimi rayonu ərazisində bazar qiymətləri ilə desək 1 kvadratmetr sahə neçəyədir? Sonuncu dəfə Nəsimi rayonu ərazisində  120 kvadratmetr uğrunda mübarizə görün nə deməkdir?

Nəzərinizə çatdıraq ki, İlham Mustafayevin bu hərəkətləri barədə Bakı Şəhər Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, MTN eləcə də Preziden Aparatının özünə təxminən 40-a yaxın məktub ünvanlanıb. İndi nəticəsi ilə Sizi tanış edək:

İşə baxan Rizvan Sultanov (2010-cu il) sadəcə bu işin cinayət tərkibli olmamasını eləcə də İlham Mustafayevin iddialarını təmin etdiyini bildirərək bu işi Nəsimi Rayon Polis İdarəsinə yönəldir orada baxılacağına işarə edir. Beləliklə, bir deyən yoxdur ki, bu Prezident Aparatının işçisi ilə bəlkə bir çağıraq  söhbət edək, vətəndaşın şikayətinə obyektiv baxaq? Tamamilə daxil olmuş məktub elə bil ki tərsinə yazılmışdı.

Daha sonra Daxili İşlər Nazirliyi artıq Nəsimi Rayon Polis İdarəsində cinayət işinin başlanması barədə əks məlumat yönəldir. Bizim ölkədə nə qədər dürüst qanunlar var ki, şikayət məktubu ünvanlayırsan, ünvanlaya vətəndaşın özünə cinayət işi açılır.

Hadisə boyunca artıq Prezident Aparatının məsul işçisi  Fuad Ələsgərovun qohumu İ.Mustafayev gedib Nəsimi Rayon 19-cu Polis Bölməsində ifadə verir və dərhal 1 ifadədən sonra qarşı tərəf dinlənilmədən, üzləşmə prosesi keçirilmədən Nəsimi Rayon Polis İdarəsinin İstintaq İdarəsində cinayət işi açılır. İlk istintaqı aparan müstəntiq Valeh Nəsibov sonra nədənsə işi digər müstəntiq Müşfiq İbadova ötürür. Bu zaman MTN-dən maraqlı cavab gəlir bu işə Polis nəzarət edir və MTN əməkdaşları da gəlib polisdə ifadə verirlər ki, İlham Mustafayev dövlət adamıdır o bu işi etməz. 

Maraqlısı isə budur ki, 10-a yaxın yalançı şahidlər və yazılı məlumatlar tikilir açılmış və olmayan cinayət işinin içinə. Yazıq şikayət etmiş vətəndaşın isə sadəcə bu olaylardan xəbəri yox. Sonda isə bəyan olunur ki, müstəntiq 2 dəfə şəxsi dindirməyə dəvət etmiş qarşı tərəf isə gəlməmişdir. Bu zaman müstəntiq Müşfiq İbadov şikayətçini verir axtarışa ki, şəxsi tutub salsınlar içəri, istintaqdan yayınmasın. 

Deyin görək bu hərəkətlərdən Ramiz Mehdiyevin, Əli Həsənovun, Fuad Ələsgərovun guya xəbərləri yoxdur? Məncə belə hökumətdə yaşamağına dəyməz… (ardı var)

Mənbə: “qazete.com”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az