Koronoya yoluxduğu deyilən Tərtərin icra başçısından açıqlama: "Səhhətimlə bağlı problemim yoxdur"

Koronoya yoluxduğu deyilən Tərtərin icra başçısından açıqlama:

Xəbər portallarının birində Tərtər rayon icra hakimiyyəti Başçısı Müstəqim Məmmədovun COVİD-19 virusuna yoluxması barədə xəbər yayılıb. 

Yayılan xəbərin doğru olub olmaması barədə Miq.Az saytı Tərtər rayon icra hakimiyyəti başçısı ilə əlaqə saxlayıb. Rayon rəhbəri xəbərin həqiqəti əks etdirmədiyini bildirərək bunları qeyd etdi: 

"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Təssüf hissi ilə qeyd edirəm ki, yalnış xəbər yayan saytların məqsədi heç də bu dövlətə xidmət etmək deyil. Mən isə hazırda öz dövlətimə xidmət edir, ölkə rəhbəri, Cənab prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm". 

Qeyd edək ki, bu tipli xəbər son zamanlar cəbhə xətti boyunca yerləşən rayon rəhbərləri haqqında yayılmaqdadır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az