Korotçenko: Türkiyə bunu etsə, supergücə çevriləcək!

Korotçenko: Türkiyə bunu etsə, supergücə çevriləcək!

Türkiyə Rusiyanın Su-57-ni alacağı təqdirdə regional supergücə çevrilə bilər.

Miq.Az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın Türkiyəyə F-16 təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton bu təklifi ilə Ankaraya hörmətsizlik edir:

"F-35 - beşinci nəsil qırıcı təyyarədir və F-16 ilə müqayisəedilməzdir. F-35 təyyarəsi almaq Türkiyə üçün önəmlidir. Türkiyənin xərclədiyi külli miqdarda vəsait qarşılığında ABŞ-dan embarqo alması NATO-nun ikinci böyük hərbi gücünə hörmətsizlikdir. ABŞ Türkiyəyə yönəlik bütün qırmızı cizgiləri keçdi”.

Korotçenko bildirir ki, ABŞ-ın bu kimi addımlarına Ankaranın ən yaxşı cavabı Su-57 əldə etməsi olar:

"Su-57 F-35-dən daha yaxşıdır. F-35 yüngül, Su-57 isə daha ağır təyyarədir. Türkiyə Su-57 ilə bütün Avropa ölkərini geridə qoyacaq supergücə çevrilə bilər. Hərbi və siyasi baxımdan da mütləq şəkildə öz sözünü qlobal miqyasda deyəcək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az