Kredit borcundan yayınmaq üçün bu üsula əl atdı

Kredit borcundan yayınmaq üçün bu üsula əl atdı
Şirvan şəhər sakini polisə müraciət edərək guya naməlum şəxslər tərəfindən aldadılaraq avtomobilinin alınmasını bildirib.

Miq.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunan Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq "Daewoo” markalı avtomobilinin alınmasını bildirib. 

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı N.Nəhmədovun "Nikoyl Bank”a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az