Banklar Bakıda itirdiklərini rayonlarda ikiqat qazanırlar
Bu ilin əvvəlindən Mərkəzi Bank ölkədə kreditləşmə ilə bağlı qaydaları sərtləşdirsə də, bankların ayırdığı kreditlərin faiz dərəcəsində azalma yoxdur. Vətəninfo.az-ın məlumatına görə, bu barədə 2014-cü ilin yanvar-aprel aylarının yekunları ilə bağlı Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir. Hesabata əsasən, ilk 4 ayın yekununda ölkə üzrə orta kredit faizi ötən ilin sonundakı səviyyədə - 14,3% olub.
Ötən dövr ərzində ölkənin yalnız iki bölgəsində - Bakı və Abşeron iqtisadi rayonunda kreditlər ucuzlaşıb. Bakıda kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə, Abşeronda isə 18,3%-dən 17,4%-ə enib.
Əvəzində ölkənin bütün regionlarında kreditlər bahalaşıb. Ötən ilin sonu ilə müqayisədə kreditlərin orta faiz dərəcəsi Aran zonasında 19,9%-dən 20,3%-ə, Dağlıq Şirvanda 22%-dən 23,3%-ə, Gəncə-Qazaxda 20,7%-dən 21,5%-ə, Quba-Xaçmazda 21%-dən 21,1%-ə, Lənkəranda 21,6%-dən 23,3%-ə, Şəki-Zaqatalada 19,8%-dən 20,1%-ə, Yuxarı Qarabağda isə 15%-dən 18,8%-ə qalxıb. Paytaxt və onun ətrafında isə kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə düşüb. Qeyd edək ki, ölkə üzrə kreditlərin 88%-i Bakı və Abşeronun payına düşür.
Regionlar
Kredit faizləri
Dekabr, 2013
Aprel, 2014
Ölkə üzrə
14,3%
14,3%
Bakı
13,3%
13,2%
Abşeron
18,3%
17,4%
Aran
19,9%
20,3%
Dağlıq-Şirvan
22,0%
23,3%
Gəncə-Qazax
20,7%
21,5%
Quba-Xaçmaz
21,0%
21,1%
Lənkəran
21,6%
23,3%
Şəki-Zaqatala
19,8%
20,1%
Yuxarı Qarabağ
15,0%
18,8%
Kəlbəcər-Laçın
21,8%
24,3%
Naxçıvan MR
14,4%
16,4%