Kremldən Gürcüstan prezidenti barədə aşağılayıcı bəyanat

Kremldən Gürcüstan prezidenti barədə aşağılayıcı bəyanat
"Əgər rusiyalı turistlər özlərini Gürcüstanda təhlükəsiz hiss etmirlərsə, onları isti qarşılamırlarsa, onda onlar heç kəsə heç nə borclu deyirlər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını "Facebook”-dakı səhifəsində şərh edərkən bildirib.
S. Zurabişvili dünən verdiyi bəyanatda rusiyalı turistlərin Gürcüstana gələ bilməli olduğunu söyləyib: "Ona görə ki, onlar Gürcüstanı çox sevirlər, siyasətçilər və rəhbərlər isə problemin həllini tapmalıdırlar”.
M. Zaxarova Gürcüstan prezidentinin bu bəyanatının kalkulyatordan istifadə etməklə hazırlandığını söyləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az