Krımda hərbi fəallıq - Rusiya qoşunları təlimlərə başladı

Krımda hərbi fəallıq - Rusiya qoşunları təlimlərə başladı

Rusiyanın Qara və Xəzər dənizlərindəki donanmalarının gəmiləri digər hərbi hissələrin iştirakı ilə Kerç boğazında təlimlər keçirir.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Cənub Hərbi Dairəsi qüvvələri və hava-desant qoşunları tərəfindən aparılan hərbi təlimlər Krım yarımadasındakı Kerç boğazının girişinə yaxın bölgədə yerləşən Opuk poliqonunda başlayıb.

Təlimin əsas mərhələsinin başlandığı və Rusiya donanmasına məxsus gəmilərin üzməyə başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ümumi birliklər, hava və kosmik qüvvələr, hava hücumundan müdafiə sistemləri, döyüş gəmiləri, Qara dəniz donanmasının bəzi sahil birlikləri, Xəzər dəniz donanmasının birlikləri və hava-desant qoşunları təlimlərdə iştirak edirlər.

Rusiyanın Cənub Hərbi Dairəsinin 50-dən çox döyüş təyyarəsi qanunsuz olaraq ilhaq edilən Krımda yerləşdirildiyi bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az