Körpə doğuş zamanı öldü

Körpə doğuş zamanı öldü
Bərdə rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Miq.az report-a istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasın Doğum şöbəsində qeydə alınıb. 
Belə ki, rayon sakini 22 yaşlı Mənzər Məmməd qızı Məmmədova axşam saaatlarında təbii doğuş edib və uşaq dünyaya gətirib.

M.Məmmədovanın atası Məmməd Məmmədov bildirib ki, həkimlər doğuş zamanı hər şeyin qaydasında olduğunu bildiriblər: "Sonradan məlum olub ki, uşaq doğuş zamanı boğularaq ölüb". 

Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az