Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…-FOTOLAR

Laçındakı Həkəri körpüsü erməni  şirkəti tərəfindən təmir edilir…-FOTOLAR

Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Həkəri çayı üzərindən keçən körpünün təmiri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin şirkəti tərəfindən aparılır.
 

Moderator.az xəbər  verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. 
 
Məlumata görə, "ATM Stroy” şirkəti Rusiya hərbçilərinin nəzarətində olan dəhliz ərazisində yerləşən  körpünün təmirini may-iyun aylarında başa çatdırmağı planlaşdırır.
 

Xatırladaq ki, həmin vaxt ermənilər üçün böyük hərbi strateji əhəmiyyət kəsb edən Həkəri körpüsünün 44 günlük savaşın ilk günlərində - 2020-ci il oktyabrın 2-də Azərbaycan ordusu tərəfindən raketlə vurulması haqda məlumat yayılmışdı.
 

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az