Lavrovdan Qarabağ açıqlaması: Kömək göstərəcəyik
Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.
Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.
O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.
Nazir ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfər etdiyini xatırladıb:
"Səfərin yekununda vacib razılaşmalar əldə olunub”.
S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında uzanmış münaqişələrdən biri olduğunu bildirib:
"Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”.
Miq.Az