Lənkəranda doğuş zamanı FACİƏ: Əkiz körpələr öldü

Lənkəranda doğuş zamanı FACİƏ: Əkiz körpələr öldü
Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin 7 aylıq dünyaya gətiririlməsinə qərar veriblər. Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib.
Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az