Lənkəranskinin arxiv görüntüləri - Ölümündən bir il əvvəl (Video)

Lənkəranskinin arxiv görüntüləri - Ölümündən bir il əvvəl (Video)

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin arxiv görüntüləri yayılıb.

Görüntülər Rövşən Canıyevin ölümündən bir il əvvəl elə İstanbulda lentə alınıb.

Restoranların birində kriminal aləmin üzvləri ilə masa ətrafında əyləşən mərhum "qanuni oğru” deyilən sağlığa içir. Amma digərlərindən fərqli olaraq, Canıyevin içdiyi meyvə suyudur. Bu isə onun sağlığında dindar olması ilə bağlıdır.

Qeyd edək ki, masada əyləşənlər arasında hazırda Rusiyada həbsdə olan, kriminal aləmdə "Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı da var./Yenicag.az/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az