Lənkəranskinin əsas adamı azadlığa çıxdı

Lənkəranskinin əsas adamı azadlığa çıxdı

Kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı Türkiyədə azadlığa buraxılıb. Criminal.az saytı xəbər verir ki, salamnews-a daxil olan məlumata görə, azadlığa çıxan "qanuni oğru”nun görüşünə bir çox kriminal avtoritetlər gəliblər.

R.Lənkəranskinin ölümündən sonra onun tərəfdarları ilə digər "qanuni oğrular” arasında ədavət daha da artıb. Belə ki, R.Lənkəranskinin nəzarətində olan bazarları, obyektləri ələ keçirmək uğrunda mübarizə güclənib.

Xatırladaq ki, Rövşən Canıyevin sağ əli sayılan Hacı Beyləqanski R.Lənkəranskinin qətlində şübhəli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az