Lerikdə təhlükə: Torpaq sürüşür

Lerikdə təhlükə: Torpaq sürüşür

Lerik rayonunda torpaq sürüşməsi olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Sürüşməyə son günlər cənub bölgəsinə yağan yağışın səbəb olduğu bildirilir. Belə ki, dağlardan gələn lil-palçıq magistral yola tökülərək, nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb. Nəticədə yol daralıb. 

43 saylı Lerik rayon yol istismar sahəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, qurumun ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yolun yuxarı hissəsində avtomobillərin normal hərəkət etməsi üçün zolaq açılır./APA/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az