Ləğv olunan bankların əmlakları satışa çıxarılır

Ləğv olunan bankların əmlakları satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı "emlak.adif.az" saytı yaradılacaq: "Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra, dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq".

Bundan başqa, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq. /APA.az/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az