Livanda daha bir “ASALA” - erməni terrorçusu gəbərdi...

Livanda daha bir “ASALA” - erməni terrorçusu gəbərdi...

Erməni terror təşkilatı "ASALA”-nın üzvü Avraam Tovmasyan Livanda avtomobil qəzasında  cəhənnəmə vasil olub.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı terrorçu təşkilata istinadla Ermənistan mediası yayıb.

A.Tovmasyan təşkilata 1980-ci illərin əvvəllərində qoşulub. Avropada "ASALA”-nın terrorçu bazalarından birində təlim keçib.

O,1983-cü il yanvarın 22-də  "ASALA”-nın türklərə qarşı  "Şapin qarahisar” adlı növbəti əməliyyatında- Türk Hava Yollarının("Turkish Airlines”) Parisdəki ofisinə qrup şəklində hücumda iştirak edib. Cəmi 2,5 il türmədə yatdıqdan sonra 1985-ci ildə Livana qayıdıb. 

Sentyabrın 14-də terrorçunun ölümü ilə bağlı Ermənistanda matəm mərasimi keçiriləcək.

Xatırladaq ki, bundan cəmi iki həftə öncə İraqın Ərbil şəhərində Akop Taqlyan adlı digər bir "ASALA” terrorçusu da gəbərib.


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az