Liviyada bütün bölgələr müxtəlif aşirətlərin nüfuz dairəsində olub və bu gün də qalmaqdadır.
Bu sözləri “Vətəninfo.az”a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miri Liviyada baş verən daxili savaşın səbəblərini şərh edərkən bildirib: “Bundan başqa, devrilmiş Qəddafi rejimindən sonra yeni bir sistem hələ oturuşmayıb və bu kontekstdə bütün aşirətlərin maraqları tam təmin olunmayıb. Bu gün hər tayfa başçısı daha yağlı tikə almaq iddiasındadır. Bundan ötrü də ciddi çatışma gedir. Orada idarəetmə sistemi oturuşana və hər şey bəlli olana qədər bu cür qanlı proseslər davam edəcək”-deyə, politoloq vurğuladı.
Politoloq onu da əlavə etdi ki, bu gün Liviyada bütün tərəfləri nüvəyə bağlayacaq ciddi bir mərkəzi hakimiyyət yoxdur: “Bu, olanadək bu cür separat çatışmalar, meyllər davam edəcək. Digər tərəfdən, Liviyada hələ də Qəddafi tərəfdarları var ki, onlar vəziyyətin dəyişməsi ilə razı deyillər və qisas almağa çalışırlar. Bütün bunların tənzimlənməsi üçün möhkəm mərkəzi dövlət lazımdır. Bunun üçünsə, demokratik seçkilər keçirməklə hakimiyyətin müstəqil qollarını yaratmaq, cəmiyyətin bütün təbəqələrinin hakimiyyətdə iştirakını təmin etmək, ciddi iqtisadi islahatlar və cəmiyyətin təhlükəsizliyini təmin edən bir sistem yaratmaqla insanların dövlətə inamını, etibarını qazanmaq olar. Hələlik isə bu yöndə proses çox ləng gedir”-deyə, Natiq Miri qeyd etdi.
Elnur Eltürk
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...