Maaş ala bilməyən fəhlələrə şad xəbər

Maaş ala bilməyən fəhlələrə şad xəbər

"Azərinşaatservis" MMC-nin əməkdaşlarının maaşları yaxın günlərdə veriləcək. Bununla bağlı işlər aparılır".

VİZUAL.az xəbər verir ki, bunu ANS-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, "Azəryolservis"in sifarişçi şirkət kimi, "Azərinşaatservis"ə müəyyən miqdar ödənməmiş borcu var:

"Bizim qurum da bu ödənilməmiş məbləğin "Azərinşaatservis"ə ödənməsi üçün Maliyyə Nazirliyinə müraciət edib. Çünki biz nazirlikdən pulu alıb podratçı şirkətə vermək istəyirik ki, şirkət də bunun əsasında işçilərinin maaşını ödəsin. Hazırda Maliyyə Nazirliyinə müraciət edilib və nazirlik bu gün ya sabah pulu ayıracaq. Həmin pul podratçının hesabına yatırılacaq ki, bundan sonra da həmin işçilərin maaşlarını vermək mümkün olacaq. İdarənin rəis müavini Cəmil Rüstəmxanlı da həmin narazı şəxslərlə bu gün görüşüb və prosesi başa salıb. İnanırıq ki, həmin işçilər yaxın günlərdə öz maaşlarını ala biləcəklər".

Bu gün "Azərinşaatservis" MMC-nin maaşını ala bilməyən bir bir qrup əməkdaşı "Azəryolservis”in qarşısında toplaşıb. Onlar verilən vədlərin yerinə yetirilməsini və maaşlarının qaytarılmasını tələb ediblər.

Şirkətin fəhlələrindən Şərafəddin Aslanov ANS PRESS-ə bildirib onlarla ASC-nin rəis müavini Cəmil Rüstəmxanlı görüşüb və bildirib ki, yaxın günlərdə maaşlarını ala biləcəklər:

"Cəmil müəllim bizim əməkdaşalara məsələni başa saldı və bildirdi ki, yaxın günlərdə şirkətin hesabına pul yatırılacaq, biz də maaşlarımızı ala biləcəyik. Bizdə aksiyamızı bitirdik və bir neçə gün gözləməyə qərar verdik. Vəziyyət o həddə çatıb ki, 1100 nəfər şirkətdən alacağı olan işçidən sadəcə 100 nəfər aksiyaya qoşula bilir. Çünki bir yerə toplaşmaq üçün həmin əraziyə gəlməyə yol pulumuz yoxdur".

"Azərinşaatservis" MMC şirkətinin maaşını ala bilməyən işçiləri iki gün əvvəl də aksiya keçirmişdilər.

Şirkətin Ziya Bünyadov prospektində yerləşən ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməməsi səbəbindən belə bir addım atdıqlarını bildirirlər. Aksiya iştirakçıları bildirmişdilər ki, oktyabr ayının 29-da keçirdikləri aksiyadan sonra sifarişçi şirkət olaraq "Azəryolservis" ASC-nin əməkdaşı Eldar adlı şəxs onlarla görüşüb. Həmin adam işçilərə 10 gün ərzində maaşlarının veriləcəyini deyib. Ancaq 10 gün gözləmələrinə baxmayaraq pullarını ala bilməyiblər. Həmin vaxt da aksiya iştirakçılarına daha 10 gün səbr etmələri bildirilmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az