Maksim Şevçenko: "Moskvada "DQR" bayrağı – bu, sırtıq təxribat idi"

Maksim Şevçenko:

"Bu, sırtıq provokasiyadır. "Ölməz alay" ideyasından öz siyasi maraqları və hədəfləri naminə ani də olsa istifadə etmək ehtiramsızlıqdır".

Məşhur Rusiya politoloqu Maksim Şevçenko Moskvada və Sankt-Peterburqda "Ölməz alay" marşında "DQR" bayraqlarının qaldırılmasını və "Artsax" şüarlarının səsləndirilməsini virtualaz.org-a şərh edərkən belə deyib.

""Ölməz alay"a öz fantaziyaları ilə istər "DQR" bayraqları, istərsə də Qarabağda "aprel müharibəsi" iştirakçılarının portretləri və ya başqa nə iləsə qəsd etmək – bu həm Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə, həm də marşa çıxmış milyonlarla insana hörmətsizlik, ağılsızlıq və sırtıqlıqdır", - o vurğulayıb.

Ekspertin fikrincə, "Ölməz alay" marşını dəqiq tənzimləmək lazımdır.

"Hansı portretləri və bayraqları gətirmək, gəzdirmək olar ya yox, müəyyən etmək lazımdır. Əgər aksiyaya səhlənkar yanaşılarsa, onda orada orada ortaya hər kəsin portretləri çıxa və ağlasığmaz şeylər ola bilər. Həmin marşa yalnız Böyük Vətən Müharibəsində həlak olmuş döyüşçülərin portretlərini gətirmək olardı. Əgər ermənilər özlərinin hansısa qəhrəmanlarını şöhrətləndirmək istəyirlərsə, onda, belə deyək, qoy Yerevanda və ya öz vətənlərinin hansısa başqa bir yerində paradlar təşkil etsinlər", - deyə Şevçenko vurğulayıb.

Qeyd edək ki, "Ölməz alay" marşında məlum təxribat Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən biri olan Şuşa şəhərinin erməni ordusu tərəfindən 8 mayda işğal olunması gününü qeyd etmək məqsədi ilə təşkil olunmuşdu. Nəticədə Moskvada və Sankt-Peterburq baş verən hadisələr marşın Azərbaycan və erməni iştirakçıları arasında toqquşmalara gətirib çıxardı.

Miq.Az









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az