Maliyyə Nazirliyində İSLAHATLAR BAŞLADI – Sahil Babayevdən mühüm dəyişikliklərin ANONSU

Maliyyə Nazirliyində İSLAHATLAR BAŞLADI – Sahil Babayevdən mühüm dəyişikliklərin ANONSU

Hazırda oxunan: Maliyyə Nazirliyində İSLAHATLAR BAŞLADI – Sahil Babayevdən mühüm dəyişikliklərin ANONSU
"Dövlət maliyyəsinin daha səmərəli idarə olunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində hal-hazırda Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyasının iyunun 13-də keçirilən iclasında deyib.
 

Nazir bildirib ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlirlərinin və xərclərinin təhlili və optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə tətbiqi imkanları dəyərləndirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az