Manatın dövretmə sürəti beş illik maksimuma çatıb

Manatın dövretmə sürəti beş illik maksimuma çatıb
Azərbaycanda manatın dövretmə sürəti 2015-ci il sentyabrın 1-nə 5,66 bənd təşkil edib. Bununla da dövretmə sürəti 2010-cu ilin iyul ayındakı maksimal həddə çatıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiyalı ÜDM-in dövriyyədə olan pul kütləsinə nisbətidir.

Vətəninfo.az "Report"a istinadən bildirir ki, avqust ayında 0,1% deflyasiya qeydə alınıb: "ÜDM-in artımı və pul kütləsindəki azalma pulun dövretmə sürətini artırıb. Lakin dövriyyədə olan pul kütləsinin azalması fonunda ÜDM-in artımı paradoks təşkil edir".

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi sentyabrın 1-nə 17 734,27 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan nisbətən 1 121,1 mln. manat və ya 5,9% azdır . İlin əvvəli ilə müqayisədə azalma 3 832,1 mln. manat və ya 17,8%, keçən ilin anoloji dövrü ilə müqayisədə isə 3 572,1 mln. manat və ya 16,8% olub.

"Geniş mənada pul kütləsi özündə xarici valyutada əmanət və depozitləri birləşdirir. Bu səbəbdən, fevral ayında Azərbaycanda baş verən devalvasiyadan sonra geniş mənada pul kütləsində (M3) artım gözlənilirdi. Lakin bu göstəricinin il boyu azalması banklara inamın azalmasının nəticəsidir", - deyə "Report"un analitikləri qeyd ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az